"Fevraldan bəri Rusiyanın ən azı altı komandanı işdən çıxarılıb"


Dünya 08 Avq 2022 15:45:00 126 0

"Fevraldan bəri Rusiyanın ən azı altı komandanı işdən çıxarılıb"

"Rusiyanın hərbi rəhbərliyində ciddi dəyişikliklər edilir. Buna səbəb Rusiya ordusunun Ukraynadakı üzləşdiyi uğursuzluqlardır".

Son.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutundan bildirilib.

Qeyd olunub ki, Rusiya fevralın 24-də Ukraynaya müdaxilə edəndən bəri ən azı 6 rusiyalı komandan vəzifəsindən azad edilib: "Ukraynadakı ordusunun uğursuzluqları səbəbindən Rusiya hərbi rəhbərliyi böyük dəyişikliklərə məruz qalıb. Vəzifəsindən azad olunanlar arasında Şərq Hərbi Dairəsinin komandanı general-polkovnik Aleksandr Çayko, həmçinin Qərb Hərbi Dairəsinin komandanı, general-polkovnik Aleksandr Juravlev də var".

Məlumata görə, aprel ayından Ukraynada Rusiya ordusuna komandanlıq edən general Aleksandr Dvornikov sıradan çıxarılıb: "Artıq ordu generalı Sergey Surovikin Ukraynada qoşunların "cənub qruplaşması"na rəhbərliyi öz üzərinə götürüb. Rusiya komandalıq strukturunda ahəngdarlığın olmaması və hərbi rəhbərlikdəki dəyişikliklər Ukraynadakı əməliyyatların ümumi effektivliyinə təsir edir".