Moskvada dəhşət: kanalizasiya quyusu 13 nəfəri "uddu"


Digərləri 08 Avq 2022 14:52:00 185 0

Moskvada dəhşət: kanalizasiya quyusu 13 nəfəri "uddu"

Moskvanın Lublino rayonunda fövqəladə hadisə baş verib: iş zamanı baş verən leysan nəticəsində 13 nəfər quyuya düşüb.

Son.az axar.az-a istinadən xəbər verir ki, onlardan altısı quyudan özbaşına çıxa bilib. Xilasedicilər 4 nəfəri xilas ediblər, daha 3 nəfər hazırda axtarışdadır.

Qeyd olunub ki, işçilər Krasnodarskaya küçəsində kanalizasiya lyukunu bərpa edərkən güclü yağış yağmağa başlayıb. Su axınları onları yerin altına çəkib.

Hazırda Moskva xilasediciləri daha üç nəfərin axtarışlarını davam etdirirlər. Çox güman ki, yağış suları onları Moskva çayına aparıb.

İtkin düşənlərin gənclər olduğu bildirilir.