Təmir işçiləri kanalizasiya quyusundan çıxa bilmirlər Kömək çağrıldı


Digərləri 07 Avq 2022 18:16:00 140 0

Təmir işçiləri kanalizasiya quyusundan çıxa bilmirlər  Kömək çağrıldı

Moskvanın cənub-şərqində 12 nəfərdən ibarət təmir briqadası əməkdaşları kanalizasiya quyusunda qalıblar. Onlar güclü yağış nəticəsində quyunun dolması səbəbindən yuxarıya çıxmaqda çətinliklə üzləşiblər.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar günü, avqustun 7-də Moskva prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə Lyublino adlanan ərazidə, Krasnodarskaya küçəsində, briqadanın təmir işləri apardığı kollektorun yanında baş verib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəlib. Təmir işçilərindən bəziləri quyudan çıxarılıb. Bəzilərinin isə axtarışları davam edir.