Koronavirusun ən uzun müddətli fəsadları: Eşitmədə problem, dad dəyişikliyi...


Digərləri 07 Avq 2022 09:06:00 137 0

Koronavirusun ən uzun müddətli fəsadları: Eşitmədə problem, dad dəyişikliyi...

Koronavirus keçirdənlərdə ən uzunmüddətli fəsad mərkəzi sinir sisteminin işi ilə bağlıdır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist, virusoloq Nikolay Malışev bildirib.

Onun sözlərinə görə, zaman keçdikcə COVİD-19-un xüsusən də mərkəzi sinir sisteminə təsirləri barədə daha çox şey öyrənilir.

"Uzun müddət eşitmə qabiliyyəti zəifləmiş və hələ də normal vəziyyətə qayıtmayan xəstələri şəxsən müşahidə etmişəm. Bundan başqa dad dəyişikliklərinin davam etdiyi hallar da görünüb", - deyə mütəxəssis əlavə edib.

İnfeksionit qeyd edib ki, xəstəliyi çoxdan keçirmiş insanlar təkcə sinir sistemindəki problemlərdən şikayət etmirlər; Koronavirusa yoluxanların təxminən 1/3-də qaraciyər problemi yaranır, dərindən araşdırdıqda isə tənəffüs sistemində problemlərin, xüsusən də nəfəs darlığının aylarla davam etdiyi hallar olub.