Zühur əlamətlərindən – Dəccalın gəlişi


Digərləri 06 Avq 2022 19:50:00 175 0

Zühur əlamətlərindən – Dəccalın gəlişi

"Dəccal" dedikdə, İmam Mehdi (ə) inqilabından öncə zühur edən təkgözlü və qeyri-adi cüssəli bir şəxs nəzərdə tutulur.

Hədis mənbələrindən onun yalnız müəyyən bir şəxs deyil, əksinə cəmiyyəti istənilən yolla öz ardınca çəkən, quruculuğa dair inqilab və islahat proqramlarının gerçəkləşməsinə maneə yaradan hiyləgər, fırıldaqçı və hoqqabaz insanlarla bağlı ümumi bir ad olması, həm də "Dəccal" sözünün leksik mənası asanlıqla anlaşılır. ("Dəcəl" sözündən alınmış "dəccal" sözü "yalançı" və "hoqqabaz" mənasını daşıyır.)

Termizinin "Səhih" kitabında İslam Peyğəmbərindən (s) nəql olunan məşhur bir hədisdə belə buyurulur:

إِنَّهُ لَمْ يَكُنْ نَبِيٌّ بَعْدَ نُوحٍ إِلَّا قَدْ أَنْذَرَ الدَّجَّالَ قَوْمَهُ وَإِنِّي أُنْذِرُكُمُوهُ

"Nuhdan (ə) sonra hər bir peyğəmbər öz qövmünü Dəccalın fitnəsi ilə qorxutmuşdur. Mən də sizi qorxuduram." Şübhəsiz, keçmiş peyğəmbərlər öz qövmlərini yaşadıqları dövrlə minlərlə fasiləsi olan və axır zamanda zühur edəcək "Dəccal"ın fitnəsi ilə deyil, öz zəmanəsindəki "Dəccal"ın - hiyləgər və hoqqabazların - fitnəsi barədə xəbərdarlıq edərək qorxudurdu. Məxsusən, həmin hədisin sonunda belə buyurulur:

فَوَصَفَهُ لَنَا رَسُولُ اللَّهِ (ص) فَقَالَ: لَعَلَّهُ سَيُدْرِكُهُ بَعْضُ مَنْ رَآنِي أَوْ سَمِعَ كَلَامِي

"Sonra Peyğəmbər (s) onun xüsusiyyətini bizə açıqlayıb buyurdu: Ola bilsin ki, məni görən və ya sözümü eşidənlərdən bəziləri onun dövrünü görələr." ("Səhihi-Termizi", "Ma caə fid-Dəccal" bölümü, səh.42.) Güclü ehtimala görə, hədisin bu hissəsi Əməvilər sülaləsi, "vəhy katibi" və "xalul-möminin" adı ilə camaatı doğru yoldan uzaqlaşdırıb cahiliyyət adət-ənənələrinə qaytaran, təbəqələşmə sistemini dirçəldən, səlahiyyətli və xeyirxah insanları vəzifədən kənarlaşdırıb cinayətkarları hakimiyyətə gətirən Müaviyə kimi hiyləgər, hoqqabaz və zülmkar insanlara işarədir. Yenə həmin kitabda nəql olunan növbəti bir hədisdə buyurulur:

مَا مِنْ نَبِيٍّ إِلَّا قَدْ أَنْذَرَهُ قَوْمَهُ وَلَكِنْ سَأَقُولُ لَكُمْ فِيهِ قَوْلًا لَمْ يَقُلْهُ نَبِيٌّ لِقَوْمِهِ : تَعْلَمُونَ أَنَّهُ أَعْوَرُ

"Elə bir peyğəmbər yoxdur ki, Dəccalın fitnəsi barədə qövmünü qorxutmasın. Mən isə sizə onun haqqında heç bir peyğəmbərin demədiyi bir sözü deyirəm. Bildirirəm ki, o təkgözlüdür..." Bəzi hədislərdə Nuh peyğəmbərin dövründən söz açılması uzaq keçmişə, yaxud Nuh peyğəmbərdən əvvəlki cəmiyyətlərə hiyləgərlik və hoqqabazlığın hakim kəsilməməsinə işarə ola bilər.

Nuh peyğəmbərdən öncə dəccallar və hiyləgər insanların olmamasına rəğmən, ilk ayin və şəriəti də elə o həzrətin özü gətirmişdir. Dəccalın "təkgözlü" adlanmasının isə xüsusi məna və izahı var ki, bu haqda söz açacağıq.

Bəzi hədislərə əsasən, İmam Mehdinin (ə) qiyamından öncə otuz Dəccalın zühur edəcəyi diqqəti özünə cəlb edir. ("Sünəni-Əbu Davud.") Hətta "İncil" kitablarında da onun zühurundan söz açılır. "Yuhanna" incilinin ikinci risaləsində (1-ci fəsil, cümlə 7-7) yazılır: "Eşitmişəm ki, Dəccal gələcək. Amma elə indinin özündə də çoxsaylı dəccallar vardır."

Başqa bir hədisdə İslam Peyğəmbəri (s) buyurur:

لاَ تَقُومُ السَّاعَةُ حَتَّى يخرج نحو من ستّين كذّاباً كلّهم يقولون انا نبى؛

"Peyğəmbərlik iddiası edən altmış nəfər yalançı zühur etməyincə, qiyamət bərpa olmayacaq." ("Biharul-ənvar", 52-ci cild, səh.209.) Bu hədisdə "Dəccal" sözü işlənməsə də, ondan axır zamanda peyğəmbərlik iddiası edən yalançı və hoqqabaz insanların bir və ya bir neçə nəfərlə məhdudlaşmadığı başa düşülür.

Şübhəsiz, hər bir cəmiyyətdə inqilaba şərait yarandıqda, mənfi ünsürlər mövcud vəziyyətin qorunması üçün hegemon rejimlərin müdafiəsinə qalxır, ictimai-ideoloji məsələlərdən öz çirkin hədəflərini həyata keçirmək naminə istifadə edərək hiyləgərliyə əl atır və hətta inqilabruhlu şüarlar belə verirlər.

Bu da qurucu inqilab və zəruri islahat proqramlarının gerçəkləşməsi uğrunda ən böyük maneə sayılır. Belə şəxslər bütün peyğəmbərlərin fitnə və aldadıcı planlar barədə öz ümmətlərinə xəbərdarlıq etdiyi dəccallardırlar.

İmam Mehdinin (ə) zühuru və böyük inqilabından öncə dünya miqyasında ideoloji, psixoloji və ictimai dəyişikliklərə şərait yarandıqca, ardıcıl baş qaldıran dəccalların fəaliyyəti də artacaq və onlar insanların azğınlığa yönəlməsi üçün min cür hiyləyə əl atacaqlar. Əlbəttə, onlara böyük bir Dəccalın rəhbərlik etməsi də ehtimal verilir.

Lakin bəzi rəvayətlərdə onun üçün göstərilən əlamətlər heç də simvol, işarə və kinayə xarakterli ifadələrə oxşamır. Məsələn, Əllamə Məclisinin "Biharul-ənvar" kitabında İmam Əlidən (ə) nəql etdiyi bir hədisdə onun aşağıdakı xüsusiyyətlərə sahib olması anlaşılır:

1. Onun alnının ortasında dan ulduzu tək parlayan və qan çanağına bənzəyən bir gözü olacaq;

2. Onun hər addımı bir "mil" məsafəsi qədər olan və sürətlə hərəkət edən ağrəngli ulağı (miniyi) olacaq;

3. O, allahlıq iddiası edəcək və dostlarını köməyə çağırdıqda, səsini bütün dünya eşidəcək;

4. O, dənizlərə girəcək, onun önündə camaatın ərzaq sandığı tüstüdən bir dağ, arxasında isə ağrəngli bir dağ duracaq;