Zəvvarları daşıyan avtobus qəzaya düşdü, ölənlər var


Dünya 06 Avq 2022 17:16:00 162 0

Zəvvarları daşıyan avtobus qəzaya düşdü, ölənlər var

Xorvatiyada baş verən avtobus qəzasında 12 nəfər həyatını itirib.

Son.az APA-ya istinadən bildirir ki, onlarla yaralının olduğu xəbər verilir.

Polşa nömrə nişanlı avtobus Bosniya-Herseqovinaya gedərkən qəzaya düşüb. Avtobusda polşalı zəvvarlar olub. Qəzanın baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.