"Kaş illərlə yataqda qalardın, amma bilərdim ki, həyatdasan"


Şou-biznes 06 Avq 2022 16:28:00 175 0

"Kaş illərlə yataqda qalardın, amma bilərdim ki, həyatdasan"

Prodüser Tarix Əliyev (Tolik) dünyasını dəyişən atası ilə bağlı paylaşım edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, o, atası ilə olan videosunu instaqram hesabında yayımlayaraq yazıb:

"Elə bilmə ki, deyib-gülürəm deyə yadıma düşmürsən. Amma özün də bilirsən ki, səndən incidim. Mənə heç nə deməyib getdin.

Kaş illərlə yataqda qalardın. Mən də sənin qulluğunda durardım, sənə baxardım. Borca düşərdim, hamıya ağız açardım, amma bilərdim ki, həyatdasan".

Qeyd edək ki, T.Əliyevin atası Tahir Əliyev ötən il vəfat edib.