Bu şirkətin əməkdaşları Qubadlıda


Digərləri 06 Avq 2022 08:52:00 200 0

Bu şirkətin əməkdaşları Qubadlıda

Qubadlıda oğurluq edən şirkət əməkdaşlarının məhkəmə prosesi başa çatıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Qubadlı Rayon Məhkəməsinin hökmü ilə "Polad Yol Yapı Sənaye və Ticarət" şirkətinin əməkdaşları Azər Qulamovla (soyad şərtidir) Əmrah İbadova (soyad şərtidir) 1 il, 8 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Qeyd edək ki, adıçəkilən şəxslər 2022-ci ilin fevral-mart ayları ərzində qabaqcadan əlbir olaraq Qubadlı rayonu, Muradxanlı kəndi ərazisində yerləşən elektrik xətlərini, həmin xətlərin dirəklərdə izolyasiya olunan hissələrindən mis və sərt poladı kəsərək talayıblar.

Əlbir olan həmyerlilər, ümumi dəyəri 9357,50 manat olan oğurladıqları elektrik xətlərini "Kamaz" markalı yük avtomobilində rayon ərazisindən çıxarmağa çalışarkən Balasoltanlı stasionar polis postunda saxlanılıb. Bundan sonra Qarabağ RETSİ-yə baş vermiş hadisə ilə bağlı məlumat verilib.

Məlum olub ki, təqsirləndirilən şəxslər bir ay müddətində həmin elektrik xətlərini kəsərək, elə kəsdikləri yerə yaxın olan yerlərdə gizlətməyi qərara alıblar. Onların yük maşınından çıxarmağa çalışdığı elektrik xətləri taladıqlarının bir qismi olub.

Məhkəmədə təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödədiyi bildirilib.