Hamiləlik və şəkərli diabet


Digərləri 06 Avq 2022 08:55:00 218 0

Hamiləlik və şəkərli diabet

Hamiləlik dövründə şəkərli diabet xəstəliyinin xüsusiyyətləri. Şəkərli diabetin əlamətləri. Hamiləlik zamanı şəkərli diabetin müalicəsi Tərkibindəkilər: *Kimlər risk qrupuna aiddir? *Xəstəliyin əlamətləri *Hamiləlik zamanı xəstəliyin xüsusiyyətləri *Diabetin müalicəsi Şəkərli diabet - orqanizmdə insulin çatışmazlığı səbəbindən meydana çıxan xəstəlikdir. Mədəaltı vəzi az miqdarda insulin hormonu ifraz edərsə, o zaman qanda şəkərin miqdarı artır. Əvvəllər insulindən müalicə məqsədilə doğuş zamanı istifadə edilib. Hamiləlik zamanı qadınların 5%-i şəkərli diabet təhlükəsi altında qalır. Hamilələrdə ağır şəkərli diabet 60% hallarda uşağın ölümü ilə nəticələnir. Hamiləlik zamanı isə insulinlə müalicə ana və uşaq həyatının xilas olmasına səbəb olur. Hamiləlik zamanı insulin almayan şəkərli diabet xəstələrinin 5%-də həyati təhlükə ola bilir. 60% hallarda isə şəkərli diabet xəstələrində borudaxili hamiləliyin pozulıması baş verir. Hamiləlik zamanı insulin müalicəsi almaq həm ananın, həm də uşağın xilas olmasına səbəb olur. Şəkərli diabet xəstələri hamiləlik müddətində endokrinoloq həkimdən mütəmadi olaraq məsləhət almalıdırlar. Kimlər risk qrupuna daxildir? Aşağıdakı hallarda qadınlar şəkərli diabetin risk qrupuna daxildir: *valideynlərdən birində şəkərli diabet xəstəliyi olarsa *eyni yumurta əkizi olub digərində şəkərli diabet olarsa *qadın əvvəllər 4500 qram və daha çox çəkidə uşaq dünyaya gətirdikdə *qadın piylənmədən əziyyət çəkirsə *qadında əvvəllər uşaqsalma baş veribsə *çoxlu su yığılmalar olduqda *qlükozuriya baş verdikdə(sidikdə şəkərin olması). Qadınların çoxunda şəkərli diabet hamiləliyə qədər olur, amma bəzi hallarda hamiləlik zamanı da şəkərli diabet meydana gələ bilir. Xəstəliyin əlamətləri İnsulin bütün növ maddələr mübadiləsinə təsir edir. Bu hormonun çatışmazlığı qlükozanlın sorulmasına təsir edir, nəticədə qanda şəkərin miqdarı artır(hiperqlikemiya) ki, bu da şəkərli diabetin əsas əlaməti sayılır. Şəkərli diabet xəstələri ağızda quruluq hissindən, ürəkyanmadan, həddindən çox maye(2 litrdən çox) qəbulundan, davamlı sidik ifrazından, iştahanın artması və ya azalmasından, zəiflikdən, arıqlamadan, dəri qaşınmasından(ən çox da aralıq nahiyənin qaşınmasından), yuxunun pozulmasından şikayət edirlər. Şəkərli diabet xəstələrinin dərisi iltihabi xəstəliklərə meyilli olur və bəzən frunkulyoz meydana çıxır. Şəkərli diabet xəstəliyinə diaqnoz qoymaq üçün qanda şəkərin miqdarı hesablanır. Şəkərli diabetə diaqnoz qoymaq üçün səhər acqarına xəstənin venasından qan alınır. Bu zaman qanda şəkərin miqdarı 7,0 mmol/l -dən çox olarsa bu xəstəliyin olması deməkdir. Barmaqdan alınan qanda isə şəkər miqdarının 6,1 mmol/l-dən çox olması diabetin əlaməti hesab edilir. Acqarına qanda şəkərin miqdarı 4,8-6,0 mmol/l olmalıdır. Müayinə zamanı qlükozanın tolerantlıq testi də keçirilir. Şəklərli diabet xəstələri hamilə olduqda onlar hər həftə müayinə olunmalıdırlar. Hamiləliyin son ayında isə həftədə 2-3 dəfə qanda şəkərin miqdarı müayinə olunmalıdır. Şəkərli diabetin ikinci əsas əlaməti qanda (hiperqlikemiya) və sidikdə şəkərin olmasıdır(qlükozuriya). Bəzən hamiləlik zamanı qadınların sidiyində şəkər aşkar edilir. Bu hətta sağlam qadınlarda da meydana çıxa bilir və "hamiləlik qlükozuriyası" hesab olunur. Şəkərli diabet xəstəliyi həm zülal, həm də yağ-piy mübadiləsini pozur. Şəkərli diabet zamanı ketonemiya meydana çıxır ki, bu da orqanizmdə keton cisimciklərinin artmasına səbəb olur və sidikdə aseton aşkar edilir. Qanda şəkərin normal olması bu patologiyaları kompensasiya edir. Şəkərli diabet zamanı bir çox orqanlar zədələnir. Bu orqanlara gözlər, böyrəklər, dəri, əzələ, sinir sistemi, mədə-bağırsaq sistemi və s. aiddir. Şəkərli diabet xəstəliyi ən çox gözlər üçün təhlükəli sayılır. Bu zaman diabetik rinopatiya əmələ gəlir ki, bu zaman göz damarlarına qanın işləməsi zəifləyir, torlu qişa zədələnir və korluq meydana gələ bilir. Şəkərli diabet zamanı arterial təzyiq artdıqda sidikdə zülal əmələ gəlir və xroniki böyrək çatışmazlığı inkişaf edir. Şəkərli diabet zamanı müxtəlif böyrək xəstəlikləri də meydana çıxa bilir. Bu xəstəlik zamanı immun sistem zəifləyir, bu da bakterial ağırlaşmalara səbəb olur. Şəkərli diabet cinsi orqanlara da təsir eidr. Belə xəstələr uşaqsalma, vaxtından qabaq doğuş və uşağın ana bətnində ölməsi ilə tez-tez rastlaşırlar. Şəkərli diabetin ağırlaşmalarından biri də komatoz vəziyyətdir. Bu diabetik koma və ya ketonemik koma adlanır ki, bu zaman xəstə huşunu itirir. Bu hal ən çox qanda şəkərin miqdarı artan zaman baş verir. Şəkərli diabetin 3 dərəcəsi aylrd edilir: *yüngül dərəcə - acqarına qanda şəkərin miqdarı 7,7 mmol/l olur və dieta ilə şəkəri normallaşdırmaq mümkündür *orta dərəcə - acqarına qanda şəkərin miqdarı 12,7mmol/l olur. Bu zaman qanda şəkərin miqdarını normallaşdırmaq üçün insulin müalicəsi təyin edilir. *ağır dərəcə - acqarına qanda şəkərin miqdarı 12,7 mmol/l-dan çox olur. Bu zaman orqan və toxumalarda zədələnmələr baş verir, sidikdə aseton olur. Hamilələrdə xəstəliyin xüsusiyyətləri. Hamiləlik zamanı şəkərli diabetin dərəcələri daha da ağır əlamətlərlə özünü biruzə verir. Hamiləliyin birinci üçaylığında qanda qlükozanın miqdarı azalır və hipoqlikemiya baş verir. Buna görə də insulinin dozası 1/3 dəfə azaldılır. Hamiləliyin 13 həftəsinə qədər xəstəliyin pisləşməsi başlayır və hiperqlikemik koma da baş verə bilir. Bu zaman insulinin dozası artırılmalıdır. Hamiləliyin 32 həftəsində qanda şəkərin miqdarı yaxşılaşa bilir və hipoqlikemiya müşahidə olunur. Bu zaman insulinin dozası 20-30% azaldılır. Doğuş zamanı qanda şəkərin miqdarına nəzarət edilir. Qorxu, həyəcan, fiziki yorğunluq hissi şəkərin miqdarının artmasına səbəb ola bilir. Doğuşdan sonra isə şəkərin miqdarı aşağı düşür və 7-10 gün sonra hamiləliyə qədər olan miqdara çatır. Bu dinamika ilə qadınlarda patoloji proses nəzarət altına alınır və qadının sonrakı hamiləliyə qədər insulin müalicəsinə diqqət yetirilir. Hamiləlik şəkərli diabet xəstəliyinə pis təsir edir. Hamiləl