Yol qəzasında bir nəfər ölüb,


Digərləri 05 Avq 2022 23:34:00 163 0

Yol qəzasında bir nəfər ölüb,

23:34

Qəbələ-Ağdaş yolunda baş verən qəzada ölən və xəsarət alanların kimliyi bilinib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində sürücü - 1983-cü il təvəllüdlü Əliyev Sadiq Saim oğlu ölüb.

Digər avtomobildəki sürücü Elsevər Cəfərov və sərnişinləri xəsarət alıblar.

Xəsarət alan hər üç sərnişin Mingəçevir şəhər sakinləridir:

Yaqub Səfərov (1979);

Tural Qarayev (1987);

Mehriban Səfərova (1996).

---------

23:09

Qəbələ-Ağdaş avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Qəbələnin Savalan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 1983-cü il təvəllüdlü Sadiq Əliyev, aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüb.

Yaralanan dörd nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.