Azərbaycan Rusiyanın 20dən çox müəssisəsinə idxal icazəsi verib


Digərləri 05 Avq 2022 21:22:00 229 0

Azərbaycan Rusiyanın 20dən çox müəssisəsinə idxal icazəsi verib

Rusiyanın daha 24 müəssisəsinə Azərbaycana heyvandarlıq məhsullarının ixracına icazə verilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti bildirib.

Qeyd olunub ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şirkətlərin baytarlıq-sanitar tələblərinə uyğunluğu zəmanəti əsasında Rusiya müəssisələrinə ixrac icazəsi verib.

Hazırda Rusiyanın 1 074 müəssisəsi Azərbaycana məhsul ixracını həyata keçirir.