Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib


Digərləri 05 Avq 2022 20:04:00 105 0

Özbəkistan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

Özbəkistan XİN Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı bəyanat yayıb.

Son.az bildirir ki, bəyanatda deyilir: "Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyi 2022-ci il avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş təxribat xarakterli hücumu qətiyyətlə pisləyir.

Biz diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan hər hansı hərəkəti qətiyyən yolverilməz hesab edirik.

Biz bu hadisənin hərtərəfli araşdırılmasına və bütün əli olanların məsuliyyətə cəlb edilməsinə çağırırıq.