Əri Emili ilə barışmaq istəyir


Şou-biznes 05 Avq 2022 16:20:00 161 0

Əri Emili ilə barışmaq istəyir

Amerikalı aktyor Sebastian Bear MakKlard həyat yoldaşı model Emili Ratajkovskidən onu bağışlamasını istəyir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Page six"ə cütlüyə yaxın mənbələr deyib. Bildirilib ki, aktyor daha bir şans istəsə də Emili fikrində israrlıdır.

Qeyd edək ki, cütlük 2018-ci ildə ailə qurub. Onların 2021-ci ildə övladı dünyaya gəlib. Bir müddət əvvəl modelin xəyanətə uğraması səbəbindən boşanmaq istədiyi ortaya çıxıb.