Lavrovdan Paşinyana


Digərləri 05 Avq 2022 12:04:00 234 0

Lavrovdan Paşinyana

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı fikirlərinə münasibət bildirib.

Son.az report-a istinadən xəbər verir ki, nazir məsələ ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini söyləyib.

"Mənim üçün bu suala cavab vermək çətindir. Çünki biz Ermənistanın Baş nazirinin Rusiyanın Qarabağdakı sülhməramlı əməliyyatı kontekstində müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik", - o vurğulayıb.

S.Lavrov, həmçinin söyləyib ki, Ermənistanın əlavə təşəbbüslər irəli sürmək hüququ var.