1 ay əvvəl ərə gedən müğənni bikinidə görüntüləndi FOTO


Şou-biznes 05 Avq 2022 02:44:00 178 0

1 ay əvvəl ərə gedən müğənni bikinidə görüntüləndi  FOTO

Amerikalı pop müğənni Britni Spirs yaxtada görüntülənib.

Son.az lent.az-a istinadən xəbər verir ki, ifaçı şəkilləri sosial şəbəkə hesablarında paylaşıb.

İki şəkil paylaşan müğənni fotolardan birində sinəsini giləmeyvə və meyvələrdən ibarət boşqabla bağlayıb.

Digər fotoda ifaçı çimərlik geyimində olub. O dənizə baş vurub.

"Əladır, elə deyilmi? Bu, həyatımdakı ən yaxşı təcrübələrdən biridir", - deyə Britni Spirs təəssüratlarını bölüşüb.

Şərhlərdə bəzi abunəçilər Britni Spirsi xoşbəxt görməkdən şad olduqlarını, bəziləri isə onun psixi sağlamlığından problem olduğunu deyib.