Sabah taxıl daşıyan daha 3 gəmi


Digərləri 04 Avq 2022 22:54:00 99 0

Sabah taxıl daşıyan daha 3 gəmi

Avqustun 5-də taxıl daşıyan daha 3 gəminin Ukrayna limanlarından yola düşməsi planlaşdırılır.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, avqustun 2-də Ukraynanın Odessa limanından​ yola düşən taxıl ilə dolu ilk gəmi İstanbula çatıb. Birgə Koordinasiya Mərkəzinin üzvləri tərəfindən gəmiyə baxış keçirilib.