Şərq ölkələrinin möcüzəvi bitkisi Faydası saymaqla bitmir


Digərləri 04 Avq 2022 21:45:00 200 0

Şərq ölkələrinin möcüzəvi bitkisi Faydası saymaqla bitmir

Möcüzəvi bitki olan cəfəri vitamin və minerallarla zəngindir.

Son.az medicina.az-a istinadən bildirir ki, təbiətdə ən çox şərq ölkələrində bitir. Onun toxumlarından və gövdəsindən də dadlandırıcı məqsədlərlə istifadə olunur.

Bu bitkinin tərkibində orqanizm üçün lazım olan çoxlu faydalı maddələr var. Onun tərkibi A, B, C, K, E, PP vitaminləri, fol turşusu, maqnium, kalium, kalsium,dəmir, yod, marqanes, sink, ftorla zəngindir.

Cəfəri iştahanın artması, anemiya, anoreksiya, depressiya, mədə yaraları və qastrirlər, revmatizma, həzm sistemi pozğunluqları zamanı çox faydalıdır. O, bağırsaqların peristaltikasını aradan qaldırmaq və qəbizliyin müalicəsi üçün vacib qidalardan sayılır.

Davamlı olaraq istifadə etmək qaraciyərin içinin stimulyasiya olunmasına səbəb olur. Cəfəri dişlərin ağarmasına, diş və diş əti xəstəliklərinin sağalmasına səbəb olur.

Xalq təbabətində cəfəridən arterial təzyiqin aşağı salınması, ödqovucu, ümumi möhkəmləndirici və sidikqovucu məqsədlərlə istifadə edilir. Onun qanda şəkərin miqdarını nəzarətə almaq və aşağı salmaq qabiliyyəti var.

Tərkibində marqanesin çox olması cəfərinin sümük iliyinin bərpa olunmasına kömək edir. Cəfəri çeynəmək nəfəsi təravətləndirir və hətta ağızdan gələn sarımsaq iyinin aradan qaldırır.

Cəfəri böyrəküstü, mədəaltı, qalxanabənzər vəzin fəaliyyətinə də təsir edə bilir. Şəkərli diabet, konyuktvit, oftalmin, katarakt, bəzi sidik-cinsiyyət üzvlərinin xəstəlikləri, artıq mayenin yığılması zamanı cəfəridən istifadə etməkdə fayda var.Cəfəridən kosmetologiya sahəsində də geniş istifadə olunur. Onun tərkibində A vitamninin çox olması dəridəki qırışların aradan qalxmasına, dərinin rənginin durulaşmasına, tonuslanmasına səbəb olur.

Bu bitkidən hazırlanan dəmləmə dəridəki qara nöqtələrdən xilas olmağa yardım edir. Bunun üçün 50 qram cəfərini 500 ml suda 15 dəqiqə qaynatmaq və soyuduqdan sonra gündə 3 dəfə bu dəmləmədə isladılan tamponla üzü silmək lazımdır. Dəridəki həssaslığı aradan qaldırmaq məqsədilə eyni miqdarda dərman zəncirotu və cəfərinin şirəsini qarışdırıb 12 saat saxlamaq və üzü silmək lazımdır. Bu dərinin piqment ləkələrindən də xilas olmasına səbəb olur.

Cəfərinin zərərli xüsusiyyətrləri:

Cəfərinin də digər göyərtilər kimi zərərli xüsussiyyətləri var. Onu hamiləliyin birinci üçaylığında istifadə etmək məsləhət görülmür. Buna səbəb isə cəfərinin sidikqovucu təsirə malik olmasıdır.

Uşaq əmizdirən analara da cəfəri yeyərkən diqqətli olmalıdırlar. Belə ki, onun tərkibində olan efir yağları körpə uşaqlarda qıcıqlanmalara və həssaslığın artmasına səbəb ola bilir.

Nefrit, podaqra və sistit zamanı da cəfəridən istifadə eləmək məsləhət görülmür. Bu xəstəliklərin əlamətlərinin artmasına səbəb ola bilir.

Cəfəri suyunun faydaları?