Avtomobil bazarında vəziyyət necədir?


Digərləri 04 Avq 2022 21:18:00 103 0

Avtomobil bazarında vəziyyət necədir?

Bu ilin iyul ayında Azərbaycanda yeni avtomobillər 2% bahalaşıb, köhnə avtomobillərin qiymətləri isə dəyişməyib.

Son.az "Report"a istinadən bildirir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.

Onun sözlərinə görə, bahalaşmaya səbəb dünyada logistika xərclərinin artmasıdır.

Bundan başqa, ekspert deyib ki, ötən ay Azərbaycanda avtomobil satışı əvvəlki aya nisbətən bir qədər az olub: "Azalma həm birinci əl, həm də ikinci əl avtomobil bazarında yaşanıb. İyulda həmişəki kimi birinci əl avtomobil bazarında krossover və mini krossoverlər daha çox satılıb. İkinci əl avtomobil bazarında mühərrik həcmi 1 500 kub santimetr civarında olan sedan və heçbek tipli avtomobillərə üstünlük verilib".