Pişik yeməyi yeyən tələbə varlandı, uğurunun sirrini açdı
Dünya 04 Avq 2022 18:42:00 76 0
Bu xəbəri də oxu: Xankəndi Bakının nəzarətinə keçir
London sakini Sara Qrin tələbəlik illərində pişik yeməyi yeməyə məcbur olub, bundan sonra varlanmağın yolunu tapıb.
Son.az bildirir ki, o, uğurunun sirrini "Daily Star"a müsahibəsində açıqlayıb.
Bildirilir ki, Psixologiya fakültəsində oxuduğu müddətdə tələbə vaxtaşırı heyvanlar üçün konservləşdirilmiş yeməklər yeyib, otaq yoldaşlarından duş geli oğurlayıb, hətta pula qənaət etmək üçün saçını da kəsdirib. "29 pensə (təxminən 30 sent) makaron və duzlu çips aldım. Pulum ancaq buna çatıb. Bir pişik tez-tez mənzilimizə gəlirdi və rəfiqələrim ona konservləşdirilmiş qızılbalıq alırdılar. Yeməyim olmayanda mətbəxə getdim və qutunun içindəkiləri yedim", - deyə Qrin etiraf edib.
Bir gün nəşrin həmsöhbəti Londonda restoran və barları ziyarət etmək üçün istifadəçilərinə kriptovalyuta ilə pul ödəyən "Bloc" pulsuz sosial şəbəkəsinə rast gəlib. Qeyd olunur ki, britaniyalı təcrübə xatirinə orada qeydiyyatdan keçib.
"Mən tədricən müxtəlif yerlərə getməyə, alkoqolsuz kokteyllər sifariş etməyə və orada işə baxmağa başladım. Bir neçə həftədən sonra mənim kriptovalyuta hesabım böyüməyə başladı, bunu heç gözləmirdim. Mən buna daha ciddi yanaşmağa başladım, getdikcə daha çox yerlərə baş çəkdim. Bir neçə ay ərzində mən beş min funt sterlinqdən çox qazandım və onları həyat keyfiyyətini yaxşılaşdırmağa xərclədim: ən yaxşı restoranlarda yemək yedim, gözəllik salonlarını ziyarət etdim, kosmetika aldım", - deyə Qrin deyib.
İrfan Vəliyev Son.az
Artıq 11 minədək müharibə əlilinə proaktiv qaydada müavinət təyin olun

Aktyor Elməddin Cəfərov keçmiş komplekslərindən danışıb.

Müğənni Nigar Camal növbəti dəfə çimərlik geyimində paylaşdığı vid

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Mingə

Aparıcı Vüsalə Əlizadə qızı ilə bağlı paylaşım edib.

Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan və uzun

Azərbaycanda doğulan körpələrin cins nisbətindəki fərq geniş müzakirə

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağdakı vəziyyətlə bağl

Arxeoloqlar Yuta ştatının Qreyt-Solt-Leyk səhrasında çoxlu sirli "kab

Ermənistan regionda sülhə və sabitliyə təhdidlər yaratmaqda davam edir. E

Seçki dairələrinin sərhədləri müəyyənləşdirilərkən seçicilərin ra

"Ev şəraitində intensiv müalicələr alıram. Dərmanlar içib, iynəl

Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.
