Ukrayna məhkəməsi azərbaycanlı qazini həbsdə saxladı
Dünya 04 Avq 2022 16:04:00 100 0
Avqustun 2-3-də Kiyev Apellyasiya Məhkəməsində Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyevin işi üzrə məhkəmə iclası keçirilib.
Bu xəbəri də oxu: ABŞda yaşayış evində partlayış:
Son.az report-a istinadən xəbər verir ki, proseslərdən biri azərbaycanlıların vəkili Valeri Dobroneysi şikayəti, digəri isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu (UABD) təşkilatının müraciəti əsasında baş tutub.
Vəkilinin iddiası ilə avqustun 2-də toplanan məhkəmə prosesi Kiyevdə verilən növbəti hava həyəcan siqnalı ucbatından növbəti həftəyə təxirə salınıb. Digər prosesdə isə diaspor təşkilatının azərbaycanlı təqsirləndirilənlərin zaminə buraxılması tələbi yenə də təmin olunmayıb. Hər iki müraciətdə əvvəlki proseslərdən narazılıq bildirilərək hələ də günahı sübuta yetirilməyən azərbaycanlılar barədə son məhkəmə qərarının verilməsi tələbi irəli sürülüb.
Bu prosesdə də UABD-nin azərbaycanlı qazinin zaminə buraxılması ilə bağlı iddiası təmin edilməyib. Kiyevdə olan təşkilatın sədr müavini Elşad İbrahimov bildirib ki, bu səbəbdən artıq zaminlik iddiasından vaz keçərək qazinin azad edilməsi üçün başqa hüquqi yol seçəcəklər.
Əvvəlki proseslərdən fərqli olaraq bu dəfəki prosesdə iştirak edən təqsirləndirilən azərbaycanlı qazi Misir Qasımlı qeyd ki, 1 ildir ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilməyib, məhkəmə son qərar da vermir: "Prokuror açıq-aşkar bildirir ki, Qarabağ qazisi başkəsəndir, onu buraxmaq olmaz". Qazi və yaxınları bu işin arxasında erməni lobbisinin olduğunu vurğulayırlar.
Son.az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Xalq artisti Naibə Allahevrdiyevanın feysbuk səhifəsi erməni istifadəçil

Ölkəmizin ən mənzərəli və tarixən zəngin guşələrindən biri olan Qax

Türkiyəli məşhur aktrisa Özgü Namal uzun müddət sonra uşaqları ilə bi

ABŞ-da "McDonald's" fast food şəbəkəsinin 23 yaşlı əməkda

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu paylaşımı ilə gündəmi çalxala

Bu gün saat 11:00-dan etibarən mərkəzləşdirilmiş qaydada qəbul prosesi h

Müxtəlif dini etiqadlarların qanun qarşısında bərabərliyi, dostluq və

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) "Neftçi" - "R

Xalq artisti Bilal Əliyev yeni görüntüləri ilə diqqət çəkib.

İstənilən dövlətin öz ərazisində hərbi əməliyyat keçirməsi, yaxud c

Hazırda ali məktəblərə qəbul dövrüdür. Bir qayda olaraq bu ərəfədə
