Bakıda marşrut avtobusu qəzaya düşdü


Digərləri 04 Avq 2022 16:06:00 189 0

Bakıda marşrut avtobusu qəzaya düşdü

Bu gün saat 14:00 radələrində Hövsan şosesində (Qum Adası) 132 nömrəli müntəzəm marşrut xətti üzrə (10-TG-079 DQN-lı) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib:

"Daşıyıcı şirkət "Kral-Transport" MMC-dən verilən ilkin məlumata əsasən, "Mercedes" markalı minik avtomobili yolun əks istiqamətinə çıxaraq avtobusla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü xəsarət alıb. Avtobusda olan sərnişinlərdən xəsarət alan yoxdur".