Proqramın effektli olmadığını göstərmək üçün görün nə etdi


Dünya 04 Avq 2022 16:24:00 175 0

Proqramın effektli olmadığını göstərmək üçün görün nə etdi

Hyuston sakini 3D-printerdə çap edilmiş tapança maketləri qutusunu polisə təhvil verdikdən sonra Texas səlahiyyətlilərindən şəxsi silah geri alma proqramı çərçivəsində 3000 dollar alıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hər silaha görə səlahiyyətlilər ona 50-200 dollar ödəyiblər.

Həmin şəxs 63 ədəd tapança modelini və onların ehtiyat hissələrini çap edib.

Saxta silahların real qiyməti 6-12 dollar olub.

Amerikalı bildirib ki, o, bu əməlini təkcə pul qazanmaq deyil, həm də bu cür dövlət proqramlarının effektli olmadığını göstərmək üçün planlaşdırıb.