Neftimiz yenə


Digərləri 04 Avq 2022 12:52:00 255 0

Neftimiz yenə

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 102,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,38 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,12 dollar/barel azdır.