Deputat


Digərləri 04 Avq 2022 11:16:00 197 0

Deputat

Moskva Şəhər Məhkəməsi Dövlət Dumasının deputatı Vadim Belousovu 3,25 milyard rubl (təxminən 90 milyon manat) rüşvət almaq ittihamı ilə axtarışa verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə avqustun 3-də məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Qərara Belousovun üzrlü səbəb olmadan hökmün elan edilməsi üçün məhkəməyə gəlməməsi və oun yerinin müəyyən edilməməsi səbəb olub.

Məhkəmənin qərarı ilə deputat ciddi rejimli koloniyada qalmaqla on il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin, o,500 milyon rubl cərimə edilib. Belousova dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib.

Bununla yanaşı, siyasətçi dövlət mükafatı - II dərəcəli Vətən qarşısında xidmətlərinə görə ordeni medalından məhrum edilib.

Deputatın qayınanası, 80 yaşlı Marqarita Butakova isə şərti cəza alıb.