I qrup gözdən əlil şagird yüksək


Digərləri 04 Avq 2022 08:20:00 209 0

I qrup gözdən əlil şagird yüksək

I ixtisas qrupu üzrə açıqlanan imtahan nəticələrində ən yüksək bal toplamış məzunlardan biri də Əlizadə Nihatdır.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Nihat I qrup görmə məhdudiyyətli şagirddir. O, Sağlamlıq İmkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika İnternat Məktəbində təhsil alıb.  

Nihat 596 bal toplayıb. O, fizika fənnindən 27 test tapşırığına doğru cavab yazıb.