Dünyanı qarışdıran amerikalı qadın Nensi Pelosi kimdir?


Dünya 03 Avq 2022 18:04:00 191 0

Dünyanı qarışdıran amerikalı qadın  Nensi Pelosi kimdir?

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri dünyanı həyəcanlandırıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu səfər 25 ildir ki, ABŞ-ın regionda ən yüksək səviyyəli təması olub, Çin isə buna çox kəskin reaksiya verib.

Bəs bu səfəri edən və vitse-prezidentdən sonra protokolda 3-cü şəxs olan Nensi Pelosi kimdir?

Rusiya-Ukrayna müharibəsi, epidemiya, tədarük böhranı, inflyasiya, yüksək enerji qiymətləri az imiş kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi dünyanın fərqli bir sinir ucuna toxunaraq Tayvana səfər edib. Dünən canlı yayımda Çinin tanımadığı bu bölgəyə gedən Pelosinin təyyarəsinin səyahətini 300 mindən çox insan izlədiyi üçün "Flight Radar" adlı internet saytı çöküb. Pelosinin təyyarəsi müasir dövrün ən çox izlənən təyyarəsi olub.

Tayvanda fövqəladə təhlükəsizlik tədbirləri ilə qarşılanan ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri "Dünya avtokratiya və demokratiya arasında seçim qarşısında qaldığı bir vaxtda Birləşmiş Ştatların 23 milyon Tayvanlı ilə həmrəyliyi bu gün hər zamankindən daha vacibdir", - deyə bildirib.

82 yaşlı Pelosinin aprel ayında Tayvana planlaşdırılan səfəri Covid-19-a yoluxması səbəbiylə ləğv edilmişdi. Pelosi son 25 ildə adaya səfər edən ABŞ Nümayəndələr Palatasının ilk sədri olub. 1997-ci ilin əvvəlində Nyut Qinqriç bu missiyada olarkən Tayvana səfər etmişdi. Qeyd edək ki, Pelosi həmçinin ötən ilin aprelində Kiyevdə idi.

Tarixi əlaqələrə görə Çin Tayvanı öz ərazisi hesab edir və oradakı hökuməti tanımır. Türkiyə Tayvanı rəsmi ölkə kimi görməsə də, dünyada 59 ölkə Tayvanı tanıyır və bir çoxunun diplomatik əlaqələri var. Tayvanı ilk dəfə Qvatemala 1933-cü ildə tanıyıb.

Bəs bütün dünyanın danışdığı qadın, Nensi Pelosi kimdir?

Yaşı 80-dən yuxarı olan siyasətçi niyə məhz indi belə bir addım atmağa ehtiyac duydu?

DünənTayvanda səfərdə olan ABŞ Konqresi Nümayəndələr Palatasının sədri Nensi Pelosi tviterdə bunları yazıb:

"Bura ziyarətimiz Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla Hind-Sakit Okean hövzəsinə səfərimizin bir hissəsidir - əsas diqqət qarşılıqlı təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və demokratik idarəçilikdir. Tayvan rəhbərliyi ilə müzakirələrimiz tərəfdaşımıza dəstəyimizi bir daha təsdiqləmək və azad və açıq Hind-Sakit Okean regionunu inkişaf etdirmək də daxil olmaqla, ortaq maraqlarımızı təşviq etmək üzərində qurulacaq. Amerikanın Tayvanın 23 milyon əhalisi ilə həmrəyliyi bu gün həmişəkindən daha vacibdir, çünki dünya avtokratiya və demokratiya arasında seçim qarşısındadır.