Acun


Şou-biznes 03 Avq 2022 14:28:00 196 0

Acun

"Survivor 2022" yarışmaçısının iştirakçılarından olan Batuhan Karacakayanın layihənin rəhbəri və aparıcısı Acun Ilıcalını məhkəməyə verdiyi iddia olunur.

Son.az axşam.az-a istinadən xəbər verir ki, "Aşk-ı Memnu" serialında "Bülənt" obrazıyla məşhurlaşan Karacakaya müsabiqədə qazandığı 3 milyon lirə dəyərində olan avtomobilin finaldan 1 ay keçməsinə baxmayaraq ona təhvil verilmədiyini bildirib.

Hələlik hər iki tərəf də bu barədə açıqlama verməyib.

Qeyd edək ki, Acun "Tv8" telekanalının sahibidir.