DİNdən Aşura günü ilə bağlı


Digərləri 03 Avq 2022 10:20:00 211 0

DİNdən Aşura günü ilə bağlı

Daxili İşlər Nazirliyi (DİN) Məhərrəm ayı və Aşura günü ilə bağlı əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Əziz həmvətənlər! Cari il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən "Aşura" günündə dini mərasimlər "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür.

Eyni zamanda diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir.