İnsanlarla necə rəftar edək?


Digərləri 02 Avq 2022 23:50:00 235 0

İnsanlarla necə rəftar edək?

İnsanlarla necə rəftar etməklə bağlı Məsumlardın (ə) mübarək buyuruşlarına diqqət edək.

Əmirəl-möminin (ə) buyurur: "Peyğəmbər (s) buyurmuşdur ki, Allaha imandan sonra ağlın başlanğıcı - insanlara məhəbbətlərini bildirib, onlarla dost olmaqdır".

İmam Sadiq (ə) buyurur: "Hər kim Allaha görə qardaşı ilə görüşərsə, Allah Təala buyurar: "Mənimlə görüşmüsən və görüşməyinin savabı Məndəndir. Sənin üçün behiştdən başqa savaba razı olmaram"".

İmam Sadiq (ə) buyurur: "Həzrət İsa (ə) dostlarından bəzisinə buyurardı: "O şeyi ki, sənə qarşı etməklərini sevmirsən, başqalarına qarşı etmə"".

İmam Əli (ə) buyurur: "O zaman ki, qardaşınızla görüşürsünüz, əl verin. Onlarla gülərüzlə görüşün ki, bir-birinizdən ayrılan zaman günahlarınız bağışlansın".

İmam Əli (ə) buyurur: "Allah o müsəlmanı sevir ki, özü üçün istədiyini din qardaşı üçün də istəsin. O şeyi ki, özü üçün istəmir - başqası üçün də istəməsin".