Qaxda 63 yaşlı kişini ilan sancdı


Digərləri 02 Avq 2022 22:46:00 150 0

Qaxda 63 yaşlı kişini ilan sancdı

Qaxda 63 yaşlı kişini ilan sancıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Qum kəndində baş verib.

Kənd sakini 1959-cu il təvəllüdlü Paşayev Vəli Soltan oğlu fındıq bağında iş görən zaman ilan onun sol ayağından sancıb.

O, yaxınlarının köməkliyi ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada ona lazımi tibbi yardım göstərilib, hazırda onun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.