İsraf edən, Allahla düşmənçilik edənlərdən sayılar


Digərləri 02 Avq 2022 22:10:00 182 0

İsraf edən, Allahla düşmənçilik edənlərdən sayılar

İsraf - o günahlardandır ki, kəbirə hesab olunur. Allah Quranda buyurur: "(Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir". ("Ənam" 141).

Qurani-Kərimin başqa yerində buyurulur: "(Allahın halal buyurduğu bütün halal yeməklərdən) yeyin-için, lakin israf etməyin ki, O, israf edənləri sevmir". ("Əraf" 31).

"(Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!". ("Kəhf" 28).

"Biz israf edən (həddini aşan) və öz Rəbbinin ayə və nişanələrinə iman gətirməyən şəxsi (dünyada) belə cəzalandırırıq. Və əlbəttə, axirət əzabı daha ağır və sürəklidir". ("Taha" 127).

İmam Sadiq (ə) buyurur: "Allah iqtisadı (mötədil olmağı) sevər, israfı düşmən bilər. Hətta xurmanın tumunu atmağı belə. Çünki o da işə yarayır".

Həzrət İmam Cəfər Sadiq (ə) başqa yerdə buyurur: "Allahdan qorx və həddi aşma, həmişə orta həddə ol. Allah buyurur: "İsraf etmə və Allah heç kəsə mötədil olduğu üçün əzab verməz"".