Azərbaycanın 32 məscidinə dini rəhbər təyin olunub
Digərləri 02 Avq 2022 21:04:00 110 0
İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 02 avqust 2022-ci ildə keçirilmiş müsahibənin nəticələri açıqlanıb.
Son.az bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.
Mənbə: milli.az