Kişinin ailə qarşısında vəzifəsi, övladın ata üzərində haqqı


Digərləri 02 Avq 2022 21:20:00 140 0

Kişinin ailə qarşısında vəzifəsi, övladın ata üzərində haqqı

Övladın ən böyük vəzifəsi - valideynlərinə itaət etmək və onların hörmətini saxlamaqdır. Məsumlarımız (ə) bizə ataların uca məqamından xəbər verir ki, onlarla tanış olaq.

Bir nəfər Peyğəmbərin (s) yanına gəlir və deyir: "Atam istəyir ki, mənim malımı özününkü etsin".

Həzrət Rəsuli-Əkrəm (ə) buyurur: "Sən də, malın da - atanındır".

Həzrət Rəsulallah (s) başqa yerdə buyurur: "Allahın razılığı - atanın razılığındadır. Allahın narazılığı - atanın narazılığında".

İmam Səccad (ə) buyurur: "Allah o kəsdən razıdır ki, ailəsini daha çox rifah və nemətdə qərar verər".

İmam Sadiq (ə) buyurur: "Kişi ailəsini idarə etmək üçün gərək üç işi yerinə yetirsin:

1. Xoş rəftar.

2. Ölçüsündə olan əliaçıqlıq.

3. Qeyrət".