Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar


Digərləri 02 Avq 2022 15:00:00 112 0

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar

Aşura günü qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb - SİYAHI Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən məlumat verilib.

İdarədən bildirilib ki, son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi ən münasib əzadarlıq nümunələrindən biridir: "Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, göstərilən ünvanlarda ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn (ə) xatirinə həyat bəxş edəcəklər".

2022-ci il avqustun 8-də Məhərrəmlik ayının Aşura günündə qanvermə aksiyalarının keçiriləcəyi ünvanlar aşağıdakılardır:

Bakı şəhəri üzrə:

Xəzər rayonu Mirmövsüm Ağa Ziyarətgahı Nəsimi rayonu Göy məscidin (Əjdərbəy) mərasim zalı Nizami rayonu Şah Abbas" məscidi Səbail rayonu Bibiheybət məscid ziyarətgahı Suraxanı rayonu Qaraçuxur məscidi Yasamal rayonu "Təzə Pir" məscidi