"OBI" Rusiyadakı biznesini 1 avroya satdı


Dünya 01 Avq 2022 16:30:00 177 0

"OBI" Rusiyadakı biznesini 1 avroya satdı

Avadanlıq mağazalar şəbəkəsinə olan Almaniyanın "OBI" şirkəti Rusiyadakı biznesini simvolik 1 avroya satıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Vedomosti" sövdələşmə tərəflərinə yaxın mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya şəbəkəsinin səhmlərinin bir hissəsi MAX investisiya və tikinti şirkətləri qrupuna verilib. Səhmləri sözügedən şirkətin sahibi Haub ailəsi ilə uzun müddət dostluq edən iş adamı Yozef Liokumoviç alıb.