Peşə məktəblərində hibrid avtomobillər üzrə biliklər


Digərləri 01 Avq 2022 15:54:00 174 0

Peşə məktəblərində hibrid avtomobillər üzrə biliklər

Azərbaycanda peşə təhsil müəssisələrində tələbələr hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqları alacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini müvəqqəti icra edən Ceyhun Kərəmov mətbuat konfransında deyib.

O qeyd edib ki, bu gün hibrid avtomobillərə tələbat artmaqdadır və ölkəmizdə kifayət qədər hibrid avtomobillər mövcuddur. C.Kərəmov bildirib ki, bu il tədris ilindən etibarən peşə təhsil müəssisələrində tələbələrə hibrid avtomobillər üzrə tələb olunan bilik və bacarıqların öyrədilməsi nəzərdə tutulur.

Qeyd edək ki, avqustun 1-dən etibarən Peşə təhsil müəssisələrinə 2022/2023-cü tədris ili üzrə tələbə qəbuluna başlanılır.