Bakıda bağlı qapı arxasında qalan uşaqlar


Digərləri 28 İyn 2022 23:12:00 128 0

Bakıda bağlı qapı arxasında qalan uşaqlar

Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən giriş qapısının açılması və nəzarətsiz qalmış uşaqların xilas olunması təmin edilib.