Türkiyədə sel: Binalar çökdü, yollar dağıldı


Dünya 28 İyn 2022 23:46:00 170 0

Türkiyədə sel: Binalar çökdü, yollar dağıldı

Türkiyənin Bartın vilayətində leysan yağışlar selə səbəb olub.

Kozcağız qəsəbəsində eyniadlı çayın daşması nəticəsində Kozcağız-Kumluca avtomobil yolunun bir hissəsi dağılıb.

Bununla yanaşı, yola yaxın 4 mərtəbəli bina və birmərtəbəli ev uçub. Yaxınlıqdakı binaların bünövrəsi zədələnib.

Təbii fəlakət səbəbindən 300-dək ailə təxliyə olunub.

Dövlət Su Təsərrüfatı İdarəsi tərəfindən ərazidə bərkitmə işləri aparılır.