İblis (lən) Həsən Bəsrini necə yoldan çıxardı?
Digərləri 28 İyn 2022 23:50:00 116 0
Həsən Bəsrinin adı kifayət qədər məşhurdur və o, yolunu azmağı ilə tarixdə çox tanınmışdır. O, Həzrət Əlinin (ə) zamanından İmam Baqirin (ə) zamanına qədər yaşamışdır.
Bu xəbəri də oxu: “AzərEnerji” dənizdə böyük estakada tikir
O, yolunu azmış, əyri düşüncəli "zahid" və saray əhli idi. Yolunu azmış bir çox insanlar ona ehtiram göstərərdi və onu "açıq fikirli insan" kimi tanıdardılar.
Cəməl döyüşündən sonra İmam Əli (ə) bir yerdən keçirdi və görür ki, Həsən Bəsri orada dəstəmaz alır. İmam (ə) buyurur: "Ey Həsən! Düzgün dəstəmaz al".
Həsən də cavabında deyir: "Ey Əmirəl-möminin! Sən dünən o müsəlmanları öldürdün ki, tək olan Allaha və Peyğəmbərin (s) risalətinə şahidlik edirdilər, namaz qılır və düzgün dəstəmaz alırdılar".
İmam (ə) buyurur: "Gördüklərin həyata keçdi. Bəs niyə bizə düşmənə qarşı yardım etmədin?".
Həsən deyir: "Müharibənin ilk günündə qüsl aldım, özümü ətirləndirdim və silahımı götürdüm, ancaq şəkk edirdim ki, bu düzgün döyüşdür, yoxsa yox? Xəribə yerinə çatan zaman eşitdim ki, nida çəkən deyir: "Ey Həsən! Qayıt! Çünki qatil və öldürülənin hər ikisi atəşdədirlər".
Ona görə də cəhənnəm atəşinin qorxusundan evimə qayıtdım. Müharibədə iştirak etmədim. İkinci gün də döyüş üçün hərəkət etdim və həmin hadisə baş verdi".
İmam (ə) buyurur: "Düz deyirsən. Bilirsənmi ki, o nida edən kim idi?".
Həsən deyir: "Yox, bilmirəm".
İmam (ə) buyurur: "O, qardaşın İblis idi. Sənə təsdiq edirdi ki, düşmənin həm qatili və həm də öldürüləni atəşdədir".
Həsəd deyir: İndi başa düşdüm ki, (düşmən) qövmü həlak olmuşdur.
Hər bir zamanda belə insanlar tapılır ki, zahidliyi ilə məşhur olurlar, ancaq İmamlarının (ə) sözündən çıxırlar. Hətta etiraz belə edirlər.
O zaman ki, cihaddan söhbət düşür, qan tökmək və müsəlmanların öldürülməsindən söz açarlar.
O, dəstəmaz almaqda vəsəvəsə etdiyi üçün suyu çox tökür. İmam (ə) buyurur: "Ey Həsən! Suyu çox tökürsən".
O, deyir: "Əmirəl-möminin (ə) tökdüyü qanlar daha çoxdur".
İmam (ə) buyurur: "Mənim işimdən narahat olmusan?".
Həsən deyir: "Bəli". İmam (ə) buyurur: "Həmişə belə olasan".
İmam Əlinin (ə) bu nifrinindən sonra Həsən Bəsri ömrünün sonuna qədər qəmgin və narahat olur.
Göründüyü kimi, bu qədər hüccətə baxmayaraq, Həsən Bəsri mürəkkəb cahillər kimi öz bildiyində israr edir və haqq yolunu tapa bilmir. Buna görə də iblisə (lən) qardaşlıq edərək, hətta zəmanə İmamında (ə) şəkk də edir.
Allah Təala cəmimizi belə bir aqibətdən hifz etsin, inşəallah.
Türkiyə, İsveç və Finlandiya liderlərinin Madriddəki görüşü tərəfl

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaları genişləndirdiyini açı

Türkiyənin Bartın vilayətində leysan yağışlar selə səbəb olub.

Kəramət və kərim sözlərinin mənası - nəciblik, alicənablıq və yaxş

"Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminovun həyat yoldaşı

Şirvanda qətl törətməkdə təqsirləndirilən Alim Rəsulovun cinayət işi

Alimlər hər 1 saatdan bir 1 stəkan su içməyi tövsiyə edirlər. Xüsusilə

Ürəyi zəif olan insanlar isti yay havalarında xüsusilə diqqətli olmalıd

Texas Universitetinin alimləri qan təzyiqini ölçmək üçün mikroçipli tat

Allahın insana əta etdiyi ən gözəl nemətlərdən biri ağıldır. Bu nemə

Yayda isti hava baş ağrısı və halsızlığın səbəbi orqanizmin susuzlaş

XX əsrin ən uğurlu investorlarından biri- amerikalı iş adamı Uorren Baffe

Bakı şəhərinin Nizami rayonunda 2 nəfər azyaşlı mənzildə bağlı qapı

Allah Təala Həzrət İbrahimi (ə) ağır və böyük imtahanlarla imtahana ç
