Yol qəzasında 3 nəfər xəsarət alıb FOTO


Digərləri 27 İyn 2022 23:24:00 172 0

Yol qəzasında 3 nəfər xəsarət alıb  FOTO

Novxanı-Masazır şosesində ağır yol qəzası baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Duz gölünün yaxınlığında qeydə alınıb.

"Daewoo" markalı avtomobili idarə edən Hüseyn Məmmədov əks yola çıxaraq İlkin Hüseynovun idarə etdiyi "Hyundai"a çırpılıb. Zərbənin gücündən "Daewoo" Anar Ağayevin idarə etdiyi "Mercedes"ə çırpılaraq aşıb. "Daewoo"nu idarə edən sürücü və sərnişin, həmçinin "Hyundai"ın sürücüsü İ.Hüseynov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə "Daewoo" markalı avtomobili Abşeron Rayon Polis İdarəsinin Masazır qəsəbəsi ərazisində xidmət aparan 99-PN-287 dövlət nişanlı post patrul xidmətinin əməkdaşları təqib edirmiş.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb.