Dəbdəbəli limuzini altı təkərli “tank”a çevirdilər


Digərləri 27 İyn 2022 17:52:00 145 0

Dəbdəbəli limuzini altı təkərli “tank”a çevirdilər

Fransanın "Danton Arts Kustoms" tüninq atelyesi "Rolls-Royce Phantom" limuzinini altı təkərli və üç oxlu yolsuzluq avtomobilinə çevirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, avtomobili uzatmaq üçün ustalar "BMW 7 Series" sedanının kuzov hissələrini 2004-cü il "Rolls-Royce"una qaynaq ediblər. Nəticə 24 düymlük təkər diskləri olan lüks sedan - yolsuzluq avtomobili alınıb.

Avtomobilin salonu timsah və ilan dərisilə bəzədilib. Kapotun altında 453 at gücünə malik V12 mühərriki quraşdırılıb.