Avtomobillər toqquşub, xəsarət alanlar var


Digərləri 27 İyn 2022 08:39:00 127 0

Avtomobillər toqquşub, xəsarət alanlar var

Bakı-Qazax magistral yolun Şəmkir rayon ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az "report"a istinadən bildirir ki, 2 avtomobilin toqquşması nəticəsində, 1962-ci il təvəllüdlü M.Nəbiyeva, 1990-cı il təvəllüdlü M.Əliyeva və 1989-cu il təvəllüdlü G.Nəbiyeva xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.