İran səfirliyi Azərbaycan ordusunu təbrik edib


Digərləri 26 İyn 2022 17:43:00 170 0

İran səfirliyi Azərbaycan ordusunu təbrik edib

İranın Azərbaycandakı səfirliyi Azərbaycanın Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar İranın Azərbaycandakı Səfirliyi özünün Twitter səhifəsində paylaşım edib.

"İran Səfirliyi Azərbaycan Silahlı Qüvvələri Günü münasibəti ilə Azərbaycan komandanları və ordusunu təbrik edir. İki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək", - deyə paylaşımda bildirilir.