Bu ölkələr Rusiyadan qızıl idxalına qadağa qoydu


Dünya 26 İyn 2022 13:22:00 157 0

Bu ölkələr Rusiyadan qızıl idxalına qadağa qoydu

Böyük Britaniya, ABŞ, Kanada və Yaponiya Rusiyadan qızıl idxalına qadağa qoyub.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin Dauninq-strit 10 ünvanında yerləşən ofisinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, sanksiyalar artıq əldə edilmiş Rusiya qızılına şamil edilmir.

Təkcə Böyük Britaniyanın sanksiyaları 16,5 milyard ABŞ dolları dəyərində Rusiya qızılının idxalına qadağanı nəzərdə tutur.