Pakistanda 4 terrorçu zərərsizləşdirilib


Dünya 26 İyn 2022 11:22:00 138 0

Pakistanda 4 terrorçu zərərsizləşdirilib

Pakistanın təhlükəsizlik qüvvələri Şimali Vəziristan dairəsində 4 terrorçunu zərərsizləşdirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Geo.tv" televiziya kanalı ölkənin Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə qurumlararası xidmətinə istinadən bildirib.

Məlumata əsasən, silahlılar Pakistan xüsusi təyinatlılarının dairənin mərkəzi hissəsində yerləşən Dossali rayonunda keçirdiyi antiterror əməliyyatı zamanı məhv edilib.

Toqquşma yerindən silah və sursat götürülüb.