NATOdan Ukraynada hərbi münaqişənin uzanacağı ilə bağlı açıqlama


Dünya 24 İyn 2022 21:40:00 144 0

NATOdan Ukraynada hərbi münaqişənin uzanacağı ilə bağlı açıqlama

Şimali Atlantika Alyansı Ukraynadakı hərbi münaqişənin uzanacağını gözləyir.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən "Rumıniyanın modernləşdirilməsində NATO və Avropa İttifaqının rolu" adlı konfransda NATO baş katibinin müavini Mirça Coana bildirib.

"Təəssüf ki, biz uzun sürən münaqişə proqnoz edirik. Getdikcə hər iki tərəfin itkiləri əhəmiyyətli dərəcədə çoxalacaq. Müharibənin gedişində qoşunların kiçik yerdəyişməsi hiss ediləcək",- deyə Mirça Coana qeyd edib.

NATO rəsmisi gələn həftə Madriddə keçiriləcək NATO sammitini tarixi hadisə adlandırıb.