Yuri Şatunovun ailəsinə qalan mirası ortaya çıxdı FOTO
Şou-biznes 24 İyn 2022 20:45:00 115 0
Ötən gün ürəyi dayandığı üçün dünyasını dəyişən "Laskovıy may" qrupunun solisti, məşhur rusiyalı müğənni Yuri Şatunovun ailəsinə qalan mirası məlum olub.
Bu xəbəri də oxu: Sosial şəbəkədən istifadə etməmə qərarı aldı
Son.az axşam.az-a istinadən xəbər verir ki, kasıb ailədən olan, uşaq evində böyüyən 48 yaşlı ifaçının mirası iki mənzil və bir evdən ibarətdir. Birinci daşınmaz əmlakı Moskvada yerləşir. Bu, onun internat məktəbini bitirdikdən sonra aldığı mülkdür. Kantemirovskaya küçəsindəki bir otaqlı mənzilin ortalama qiyməti 11 milyon rubl (təxminən 349 min 785 manat) təşkil edir.
İkinci isə 2016-cı ildə keçmiş prodüser və otel sahibi Andrey Razinin ona hədiyyə etdiyi dəbdəbəli mənzildir. O Soçidəki "Razin" otelində yerləşir. Bildirilir ki, bu mikrorayonda 60 kvadratmetr sahəsi olan ikiotaqlı mənzillərin qiyməti təxminən 15 milyon (təxminən 477 min 146 manat) rubldır.
Mərhum ulduzun mirasına daxil olan digər mülk isə Münhendədir. Qiyməti 10 milyon dollar (16 milyon 989 min 801 manat) olan bu evdə Şatunov son 20 ildə ailəsi ilə birlikdə yaşayıb.
Müğənninin Almaniyada daşınmaz əmlak seçməsi təsadüfi deyil. O, 1990-cı illərdə qrupu tərk edərək ölkədən gedib. İfaçı burada yeni sevgilisi Svetlana ilə tanış olub. Svetlana Şatunovun yaradıcılığından bixəbər olub və şou-bizneslə əlaqəsi olmayıb.
2006-cı ilin sentyabrında cütlüyün ilk uşaqları Dennis dünyaya gəlib. Cütlük bir il sonra, 2007-ci ildə Frankfurt-Maynda evlənib. Beş il sonra onların qızı Estella doğulub.
"Komsomolskaya pravda"nın məlumatına görə, Şatunovun xarici banklardakı məbləğı yalnız onun ailəsinə məlumdur. Həmkarlarının fikrincə, ulduzun əmanətləri uşaqların təhsili və bir neçə illik ailə həyatını təmin etmək üçün kifayət qədərdir. Bu o deməkdir ki, ulduzun kapitalını 6 milyon avrodan (təxminən 10 milyon 746 min 580 manat) çoxdur.
Leysan yağışları bir neçə rayonda fəsadlara səbəb olub. Sel suları hə

Avstraliyalı 91 yaşlı media maqnatı, "Fox News" kanalının sahib

"Reddit" istifadəçisi bacısının gizli planını necə ifşa etdiy

Xalq artisti Şeyx Əbdül Mahmudov Xalq artisti Rasim Balayevin Azərbaycan Ki

Rusiya Federasiyasında səfərdə olan müdafiə nazirinin birinci müavini - A

"Həyat insana bir dəfə verilir. İkincisi mümkün olsaydı, bir dəfə

Rus valideynlərini vəhşicəsinə qətlə yetirdiyinə görə mühakimə oluna

Futbolçu Jerard Pikenin xəyanətindən sonra gündəm olan dünya ulduzu Şaki

Türkiyənin Elazığ şəhərində Həvəskarlar Liqasında üz-üzə gələn k

24 iyun 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ce

"Ağstafadayam, hava təmiz, insanlar saf. Hər gün gedirəm Səməd Vurğ

Çinin Quanqdonq əyalətində sel fəlakəti zamanı avtomobilində köməksiz

Ukraynaya AB tərəfindən namizəd statusunun verilməsi İttfaqın Rusiyaya m

"Ziraat Bank Azərbaycan" ASC-in Müşahidə Şurasına yeni təyinat
