Narkotik çəkib valideynlərini bıçaqladı


Dünya 24 İyn 2022 19:52:00 151 0

Narkotik çəkib valideynlərini bıçaqladı

Rus valideynlərini vəhşicəsinə qətlə yetirdiyinə görə mühakimə olunacaq - 29 yaşlı Saxalin sakini 60 yaşlı anası və 67 yaşlı atası ilə tez-tez mübahisə edib.

Son.az bildirir ki, bu barədə Rusiyanın Saxalin vilayəti üzrə İstintaq Komitəsi məlumat verib.

Agentliyin məlumatına görə, cinayət 2022-ci ilin yanvar günlərinin birində baş verib: narkotik maddənin təsiri olan şəxs evdə valideynləri ilə birlikdə olarkən növbəti mübahisə yaranıb və bu zaman oğlan mətbəx bıçağını götürərək atasına azı on, daha sonra isə anasına eyni bıçaqla ən azı 8 zərbə endirib. Zərərçəkənlər aldıqları xəsarətlərdən və qan itkisindən hadisə yerində ölüblər.

Bu cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs ömürlük həbsə qədər cəza ala bilər, cinayət işi təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilib.

İrfan Vəliyev Son.az