Qadın uşaqlarına görə ərini güllələdi Peşman deyiləm


Dünya 24 İyn 2022 17:15:00 129 0

Qadın uşaqlarına görə ərini güllələdi  Peşman deyiləm

ABŞ sakini uşaqlara görə ərini öldürüb və peşman olmadığını bildirib.

Son.az bildirir ki, bu barədə True Crime Daily məlumat yayıb.

Şənbə günü, iyunun 18-də Texas ştatının Odessa şəhərinin polisinə Şimali Tom Qrin küçəsində yerləşən evlərdən birində atışma baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əməkdaşları hücumun qurbanının 58 yaşlı Co Abril olduğunu müəyyən ediblər. Sinəsindən və başının arxasından güllə yarası alan şəxs xəstəxanaya aparılıb və sonra orada dünyasını dəyişib.

Abrilin həyat yoldaşı, 37 yaşlı Stefani Tuell cinayətdə ittiham olunaraq saxlanılıb. Qadın and içərək ifadə verib və ərini güllələdiyini etiraf edib, lakin əməlindən peşiman olmadığını bildirib. "Kaş ki, üzr istəyirəm deyə biləydim, amma yox. Heç kim mənim övladlarımı incitməyəcək", - qadın dedi.

Oxygen-in məlumatına görə, qadının özü 911-ə zəng edərək evin eyvanında polislə qarşılaşıb. Dispetçerlə söhbətində amerikalı Abrili "bir şey edərkən tutduqdan" sonra güllələdiyini söylədi, lakin jurnalistlərə hesabatın redaktə edilmiş versiyası təqdim edildiyi üçün kişinin dəqiq nə etdiyi bəlli deyil.