Qadın yataq otağına girən qonşunu güllələyib


Dünya 24 İyn 2022 12:22:00 217 0

Qadın yataq otağına girən qonşunu güllələyib

ABŞ-da bir qadın evinə girərək yataq otağına daxil olan və ona hücum edən kişini güllələyib.

Son.az bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Florida ştatının Kliruoter şəhərinin sakini 26 yaşlı qonşusu Castin Rayt evə soxularaq yataq otağına girəndə yataqda olduğunu deyib. Zərərçəkənin sözlərinə görə, kişi dərhal ona hücum edib və onlar arasında dava düşüb.

Döyüş zamanı amerikalı 911 nömrəsinə zəng edərək kömək istəməyi bacarıb. Bundan sonra o, evdə saxlanılan tapançaya yaxınlaşaraq hücum edən şəxsə atəş açmağı bacarıb. Çağrı yerinə gələn polis qrupu Raytın ölümcül yaralandığını aşkar edib.

Polis rəisi Den Sloterin daha sonra jurnalistlərə verdiyi məlumata görə, qadın bu yaxınlarda yaşadığı rayona köçüb. Onun qurbanı nə dərəcədə yaxşı tanıdığı məlum deyil. Amerikalı qadın tapançaya qanuni olaraq sahib idi.

Hazırda istintaq davam edir, lakin indiyədək müstəntiqlər işi zəruri özünümüdafiə aktı kimi qiymətləndiriblər. Sloter qeyd edib ki, Raytın əvvəllər Kliruoter ərazisində qanunla bağlı heç bir problemi olmayıb və onun evə hansı üsulla daxil olması və motivləri hələ də aydınlaşdırılmayıb.

İrfan Vəliyev Son.az